• Bakı 17° C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Yaponiya xilasetmə xidmətinin helikopteri radarlardan itib

DÜNYA

06 Aprel 2025 | 18:14

Yaponiya xilasetmə xidmətinin helikopteri radarlardan itib

Yaponiya xilasetmə xidmətinin helikopteri Tsusima adası yaxınlığında Yapon dənizində radarlardan itib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunub ki, altı ekipaj üzvündən üçü tapılıb və xəstəxanaya yerləşdirilib. Digər üç nəfərin axtarışları davam edir. Xilasetmə xidmətlərinin məlumatına görə, helikopterlə əlaqə eniş etməli olduğu yerli hava limanından 10 km məsafədə olarkən itib.

Hazırda ərazidə ölkənin sahil mühafizəsinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir.


SON XƏBƏRLƏR

07 Aprel 2025