• Bakı C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Bizə “Nürnberq prosesi” lazımdır - Kobaxidze

DÜNYA

05 Fevral 2025 | 19:07

Bizə “Nürnberq prosesi” lazımdır - Kobaxidze

Bizə “Nürnberq prosesi” lazımdır ki, Gürcüstan heç vaxt 2004-2012-ci illərdəki öz qaranlıq keçmişinə qayıtmasın.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Heç kim ölkəmizi 2012-ci ildən əvvəl fəaliyyət göstərən rejimə qaytarmamalıdır. Bu, kənardan idarə olunan qanlı rejim idi, onun cinayətləri dəqiqliklə Parlamentin İstintaq Komissiyası çərçivəsində araşdırılacaq”, - Kobaxidze vurğulayıb.

Qeyd edək ki, “Nürnberq prosesi” İkinci Dünya müharibəsinin qalib müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945–1949-cu illərdə qurduqları məhkəmədir.


SON XƏBƏRLƏR