• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

İran: ABŞ-nin "Maksimum Təzyiq" siyasəti uğursuz təcrübədir

DÜNYA

05 Fevral 2025 | 15:05

İran: ABŞ-nin Maksimum Təzyiq siyasəti uğursuz təcrübədir

İran Xarici İşlər Naziri Abbas Əraqçi  ABŞ Prezidenti Donald Trampın "İrana maksimum təzyiq" siyasətini yenidən tətbiq edəcək prezident fərmanını imzalamasına sərt reaksiya verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat verib.

Məlumata görə, Əraqçi kabinet iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. O, "Maksimum təzyiq uğursuz bir təcrübədir. Onu yenidən sınaqdan keçirmək başqa bir uğursuzluğa səbəb olacaq," – deyə bildirib.

Əraqçi İranın nüvə fəaliyyətlərində NPT (Nüvə Silahsızlanma Müqaviləsi) çərçivəsində şəffaf hərəkət etdiyini vurğulayıb və "Əgər əsas məsələ İranın nüvə silahı əldə etməməsi ilə bağlıdırsa, bu, həll oluna bilər," – deyərək, ölkə rəhbəri Ayətullah Əli Xameneyinin nüvə silahlarını qadağan edən fətvasını xatırladıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR