• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Ermənistan vaxt qazanmağa çalışır: Ermənilər o vaxt ağıllanacaqlar ki...

SİYASƏT

05 Fevral 2025 | 14:39

Ermənistan vaxt qazanmağa çalışır: Ermənilər o vaxt ağıllanacaqlar ki...

“Erməni xislətindən hali olan hər kəs yaxşı bilir ki, o toplumun bir kəsimi radikal, revanşist düşüncədədir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, Ermənistandakı revanşist kəsim "müharibənin bitmədiyini, gücləndikdən sonra yenə bizimlə savaşacaqlarını" deyirlər:

"Reallıq da odur ki, Ermənistan sadəcə vaxt qazanmağa çalışır, gələcəkdə özləri üçün əlverişli şəraitin, zamanın yetişəcəyi ümidi ilə yaşayırlar. Ermənilərin reallıqları qəbul etməsi inandırıcı görünmür. Əllərinə imkan keçsə, yenə zəncirdən çıxmış it kimi üstümüzə cumacaqlar. Bəziləri deyir ki, "biz Ermənistanın tanınmış ərazilərinə girmirik, girə bilmərik".

Müsahibimiz deyir ki, biz yaranmış məqamdan düzgün istifadə etməliyik:

“Beynəlxalq hüquq deyilən anlayış onsuz da çoxdan "ölüb". Tarixi torpaqlarımıza iddia etməliyik. Zəngəzuru, Göyçəni qaytarmalıyıq. Elə etmək lazımdır ki, Paylan kimiləri belə danışanda ermənilər özləri onun ağzından vursunlar. Amma paylanlar ermənilər arasında çoxdur”.

Əhəd Məmmədli: Elə etmək lazımdır ki, Paylan kimiləri belə danışanda ermənilər özləri onun ağzından vursunlar

Siyasi şərhçiyə görə, Ermənistanın siyasi-ictimai siyasi səhnəsində Qarabağdan hələ də vaz keçməyənlər var:

“Onlar fürsət, məqam gözləyirlər. Biz isə torpaqlarımızı azad etdikdən sonra sakitləşib sülh sazişini imzalamaq barədə düşünürük. Ermənistan o vaxt ağıllanacaq ki, 1990-cı illərdə bizə yaşatdıqları qaçqın və məcburi köçkün faciəsini eyniylə yaşayacaqlar. Erməni qaçqınlar da şərti sərhədlərdən İrəvana doğru qaçmalıdır. Biz öz torpaqlarımızı işğaldan azad etmişik. Ermənilər ərazi itkisi ilə üzləşməyiblər".

Qeyd edək ki, erməniəsilli siyasətçi, Xalqların Demokratik Partiyasından (HDP) olan keçmişdeputat Qaro Paylan Ermənistanda verdiyi açıqlamada Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsini qəbul etmədiklərini bildirib. O, Ermənistanın Bakıya sülh əli uzatmasının yalnız vaxt qazanmaq üçün bir taktika olduğunu və revanş üçün 3-5 il lazım gəldiyini açıq şəkildə bəyan edib.

Aydın Baxış


SON XƏBƏRLƏR