Elektron reseptdən istifadə qaydaları açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib..
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin saytından keçidlər yaradılıb və qeydiyyat Digital login vasitəsilə həyata keçirilib.
S.Məhərrəmova qeyd edib ki, həkimlər tətbiqi yüklədikdən sonra onlar həm pasiyent, həm də həkim kimi qeydiyytadan keçə bilər:
"Resept yazmaq üçün həkim kimi profil yaratmalıdırlar. Burada dərmanlar, onların dozalarını çox rahat şəkildə qeyd etmək mümkündür".
O, nəzərə çatdırıb ki, vətəndaşlar üçün isə sadə interfeys yaradılıb və istifadə qaydası çox rahatdır.
"Orada "Reseptlə"r, "Dərmanlar" hissəsi mövcuddur. Burada lazimi məlumatları asanlıqla əldə edə bilərlər".
Mina Mikayılova