• Bakı C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub

HADİSƏ

05 Fevral 2025 | 14:50

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 56 yaşlı Tahir Rəhimov saxlanılıb.

Qeyd olunub ki, o, ayrı-ayrı vətəndaşları əsasən dövlət qurumunda işə düzəltmək və işçi müqaviləsinin müddətini artırmaq kimi yalan vədlərlə aldadaraq həmin şəxslərin xeyli miqdarda maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, T.Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR