• Bakı 16° C

    13.93 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Hakan Fidan: Fələstinlilərin Qəzzadan çıxarılması bəyanatları ilə razılaşa bilmərik

DÜNYA

05 Fevral 2025 | 13:36

Hakan Fidan: Fələstinlilərin Qəzzadan çıxarılması bəyanatları ilə razılaşa bilmərik

Türkiyə və region ölkələri ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması bəyanatları ilə razılaşa bilməz.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib.

"Bu, nə regionun, nə də bizim qəbul edə biləcəyimiz vəziyyətdir. Hətta bu barədə düşünmək belə vaxt itkisidir. Bunu müzakirəyə çıxarmaq da düzgün deyil", - siyasətçi qeyd edib.

H.Fidan həmçinin vurğulayıb ki, Türkiyə Qəzza zolağında fələstinlilərin maraqlarına cavab verməyən istənilən təşəbbüsün əleyhinədir.


SON XƏBƏRLƏR