• Bakı C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Sahibə Qafarova Belarus və BƏƏ-dən olan həmkarları ilə danışdı

SİYASƏT

07 Mart 2026 | 14:58

Sahibə Qafarova Belarus və BƏƏ-dən olan həmkarları ilə danışdı

Milli Məclisin sədri Sahibə Qafarovanın ötən gün Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş ilə telefon danışıqları olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki zəngdə regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Natalya Koçanova Naxçıvan Muxtar Respublikasına qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumlarından narahatlığını ifadə edib, bu hücum zamanı mülki şəxslərin ziyan görməsindən təəssüfləndiyini bildirib və yaralıların tezliklə sağalmasını diləyib. 

Saqr Qobaş da son hadisələr fonunda Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla, ölkə rəhbərliyi və xalqımızla həmrəy olduğunu vurğulayaraq, dost ölkələrimiz arasındakı həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 

Spikerlər gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edərək, xalqları təmsil edən parlamentlərin dialoq və qarşılıqlı anlaşmanın təşviqində özünəməxsus rol oynadığını bildiriblər.

Telefon danışığı zamanı həmçinin, dövlətlərin suverenliyinə hörmət göstərilməsinin, beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə riayət edilməsinin, habelə regionda təhlükəsizlik və sabitliyin qorunması üçün dost ölkələr arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Regional təhlükəsizlik və sabitliyin qorunması baxımından dost ölkələr arasında koordinasiya və məsləhətləşmələrin gücləndirilməsinin önəmi ifadə edilib.


SON XƏBƏRLƏR

06 Mart 2026