• Bakı C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır

DÜNYA

05 Fevral 2025 | 12:10

KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır

Ermənistanın hakim "Mülki müqavilə" partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Iravunq” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, baş nazir Nikol Paşinyan özü bunu bir neçə silahdaşına dolayısı ilə deyib. Paşinyan bildirib ki, onlar fövqəladə hallarda hakimiyyəti istənilən an əldə saxlamağa hazır olmalıdırlar.

"O, hətta ən pis halda seçki siyahısına şəxsən rəhbərlik etməyəcəyinə, təki "öz" adamının olmasına işarə edib. Hakim partiya üzvləri bu xəbərdən şoka düşüblər və kuluarlarda narahatlıqlarını ifadə edərək liderlərinin kimi "qurban" verə biləcəyini sual ediblər", - nəşr qeyd edir.

Daha əvvəl Paşinyan İctimai Televiziyaya müsahibəsində hakimiyyətin növbədənkənar seçkilər keçirməyi planlaşdırmadığını bildirmişdi.


SON XƏBƏRLƏR