• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Sabiq diplomatın məhkəməsi başladı

HADİSƏ

05 Fevral 2025 | 14:00

Sabiq diplomatın məhkəməsi başladı

Bir nəfəri bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 12-ə təyin olunub.

Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Onun iyulun 22-də Şükürov Kamal Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.


SON XƏBƏRLƏR