• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Vəzifəli şəxsin qardaşını öz oğlu güllələyibmiş - TƏFƏRRÜAT

HADİSƏ

07 Mart 2025 | 11:08

Vəzifəli şəxsin qardaşını öz oğlu güllələyibmiş - TƏFƏRRÜAT

Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Bakıvaxtı.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, martın 6-sı saat 21 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.

Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb, oğlu saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatlarda İqbal Bağırovun özünün ehtiyatsızlıqdan atəş açdığı və bu zaman güllə xəsarəti alaraq öldüyü bildirilirdi. Mərhum Təzəkənd kənd icra nümayəndəsinin qardaşıdır və pambıqtoplama məntəqəsində çalışırmış.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026