Gəncədə 23 yaşlı gənci bıçaqlayan şəxs tutulub.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***08:58
Gəncədə 23 yaşlı gənc oğlanın boğazı kəsilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.