• Bakı 16° C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

3 gün öncə yol qəzasında xəsarət alan şəxs dünyasını dəyişdi

HADİSƏ

06 May 2025 | 09:05

3 gün öncə yol qəzasında xəsarət alan şəxs dünyasını dəyişdi

Oğuzda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada vəfat edib

Bakıvaxtı.az xəbər verir ki, üç gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 1996-cı il təvəllüdlü Oğuz rayon sakini Kənan Rəhman oğlu Əzizov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində həyatını itirib.

Qeyd edək ki, mayın 3-də gecə saatlarında K. Əzizovun idarə etdiyi “Toyota” markalı avtomobil Oğuz–Bayan avtomobil yolunun Bayan kəndindən keçən hissəsində idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılmışdı.

Qəza zamanı avtomobildə olan sərnişin – 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində dünyasını dəyişmiş, sürücü isə ağır bədən xəsarətləri almışdı.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


SON XƏBƏRLƏR

05 May 2025