• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Həbsdə olan tiktoker azadlığa buraxıldı

HADİSƏ

04 Iyun 2025 | 14:11

Həbsdə olan tiktoker azadlığa buraxıldı

Polis tərəfindən saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov azadlığa buraxılıb.

Bu barədə Bakıvaxtı.az-a vəkil Yusif Seyfəlov məlumat verib.

    Vəkil bildirib ki, Vüqar Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin edilib və tiktoker ev dustaqlığına buraxılıb.

    Qeyd edək ki, tiktoker Vüqar Kərimov polis tərəfindən saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.


    SON XƏBƏRLƏR

    05 Iyun 2025