• Bakı 23° C

    13.49 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Müdafiə Nazirliyinin sabiq vəzifəlisinə hökm oxundu

HADİSƏ

04 Iyul 2025 | 10:52

Müdafiə Nazirliyinin sabiq vəzifəlisinə hökm oxundu

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq bölük komandiri Ağamalı Hiddətulla oğlu Pənahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Report-un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq bölük komandiri 9 il 7 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə kapitan Ağamalı Hiddətulla oğlu Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət alıb.

O, Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 232.2.1-ci (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3-cü (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (Təkrar rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.


SON XƏBƏRLƏR