• Bakı 28° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"

SİYASƏT

04 Iyul 2025 | 14:40

Emoməli Rəhmon: Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır

Tacikistan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon EC-nın 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, region ölkələri ilə ticari-iqtisadi əməkdaşlıq Tacikistanın xarici siyasətinin əsas istiqamətlərindən biridir: “Ticarət və maliyyə, enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı regionun inkişafı üçün ilkin şərtdir. 2024-cü ildə Tacikistanın ticarət dövriyyəsində ECO-ya üzv ölkələrdəki payı 33 % təşkil edib. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 18 %-lik artım deməkdir. Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsinin artırmaqda maraqlıdır”.


SON XƏBƏRLƏR