Ukrayna münaqişəsi çətin ki, bir ilə nizamlana, bununla belə tərəflər danışıqları davam etdirirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Britaniyanın XİN rəhbəri Devid Lemmi “The Guardian” qəzetinə verdiyi müsahibədə bildirib.
Ukraynada vəziyyətin hansı şəkildə inkişaf edəcəyi bağlı suala cavabında, Britaniyanın ali diplomatı bildirib ki, münaqişə, çox güman, qarşıdakı il ərzində həllini tapmayacaq.
“Şübhə edirəm ki, bir ildən sonra da danışıqlar davam edəcək. Sual ondadır ki, Rusiya bu danışıqlara nə dərəcədə ciddi yanaşır”, – deyə Lemmi bildirib.