“İranda hakimiyyətin dəyişməsini arzulayanlar çox olsa da, SEPAH-dan sonra gələcək rejimin daha pis olmamasına heç bir zəmanət yoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.
“Bu, İran xalqının qərarıdır. Mənim diqqətim isə İranın nüvə silahına çevrilməsinin qarşısını almağa yönəlib”, – deyə Lemmi vurğulayıb.
Nazir əlavə edib ki, ABŞ-nin İranın nüvə obyektlərinə mümkün hücum qərarı rejimi devirmək məqsədi daşımırdı, baxmayaraq ki, İsrailin bu istiqamətdə arqumentləri mövcuddur.
O, həmçinin Qəzza zolağındakı vəziyyətdən narahat olduğunu bildirib və “imkan yaranan kimi” regionu ziyarət etməyə hazır olduğunu deyib.