• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

MİQ üzrə apellyasiya müraciətlərinə start verilib

CƏMİYYƏT

04 Iyul 2025 | 13:26

MİQ üzrə apellyasiya müraciətlərinə start verilib

Texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə apellyasiya müraciətlərinə start verilib.

İnsan Resursları Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026