• Bakı 29° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Şahbaz Şərif: Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub

SİYASƏT

04 Iyul 2025 | 14:36

Şahbaz Şərif: Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü Azərbaycanın tarixi şəhəri - Xankəndidə yüksək səviyyədə təşkil olunub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

"Əziz qardaşım, Prezident İlham Əliyevə tədbirin uğurla təşkil olunması üçün təşəkkürümü bildirmək istərdim. Tarixi və gözəl Xankəndidə bizə göstərilən qəbul və səmimi qonaqpərvərliyə görə Prezidentin bütün komandasına təşəkkür edirəm", - Ş.Şərif bildirib.


SON XƏBƏRLƏR

18 Avqust 2025