Qanuna dəyişiklikdə təklif olunur ki, İnformasiya agentliyi media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
"Agentlik kimi qeydiyyata alınmasa, necə hansısa müqavilə bağlaya bilər ki? Öncəliklə, informasiya agentliyi qeydə alınmalı, onun möhürü olmalıdır. Müəyyən müddət fəaliyyət göstərəndən sonra təqdim edəcək məlumatı olacaq ki, bununla da müqavilə bağlaya bilər. Həmçinin, biz heç kimi buna məcbur da edə bilmərik. Bəlkə biri deyir ki, mən xəbərlərimi pulsuz yayımlayıram, qazancım başqa yerdəndir. Ona necə deyə bilərik ki, 20 media subyekti ilə müqavilə bağlamalısan?!"
Mina Mikayılova