• Bakı 23° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Tramp: ABŞ Ukraynaya silah yardımını davam etdirir

    DÜNYA

    04 Iyul 2025 | 13:00

    Tramp: ABŞ Ukraynaya silah yardımını davam etdirir

    Bəzi silah növlərinin Kiyevə tədarükünün dayandırılmasına baxmayaraq, ABŞ Ukraynaya silah yardımını davam etdirir.

    Bakıvaxtı.az xəbər verir ki, ABŞ mediası bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Trampa istinadla məlumat yayıb.

    Dövlət başçısının sözlərinə görə, bu cür yardımı təmin etmək həmişə mümkün olmur və bunda sabiq prezident Cozef Bayden təqsirkardır.

    “Cozef Bayden Ukraynaya o qədər silah verib ki, öz ehtiyatlarımız tükənib. Biz anbarlarımızda kifayət qədər silahın mövcudluğuna əmin olmalıyıq”, - deyə Donald Tramp bildirib.

    Qeyd edək ki, həftənin əvvəlində ABŞ administrasiyası müəyyən növ silahların Ukraynaya tədarükünün dayandırıldığını elan edib. Burada əsasən hava hücumundan müdafiə sistemləri üçün raketlərdən söhbət gedir. Vaşinqton bunu ABŞ-da həmin sursatların ehtiyatlarının tükənmək üzrə olması ilə əlaqələndirib.


    SON XƏBƏRLƏR