• Bakı 22° C

    13.9 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək

CƏMİYYƏT

04 Iyul 2025 | 14:04

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək

Məhkəməyə müraciət edilmədən ipoteka predmeti satışı yeni qaydada həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İpoteka haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, o cümlədən hərrac baş tutmadıqda sonrakı prosedurların müəyyən edilməsi, tərəflərin hüquq və vəzifələri və əmlakın satış qiyməti tərəflərin razılığı ilə müəyyən olunur.

Buna müvafiq olaraq hərracların keçirilməsi qaydası, hərracın baş tutmaması, hərracın etibarsız sayılması ilə bağlı müddəalar Qanundan çıxarılır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR