İndoneziyada baş vermiş bərə qəzası nəticəsində azı 4 nəfərin həyatını itirdiyi, onlarla sərnişinin isə hələ də itkin düşdüyü bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi hadisə ilə bağlı yaydığı açıqlamada, göyərtəsində 65 nəfərin olduğu bərənin batması nəticəsində 4 nəfərin həyatını itirdiyini, 29 nəfərin sağ xilas edildiyini bildirib.
Qalan 32 nəfərin axtarış-xilasetmə işləri isə davam etdirilir.
Əli Hüseynov
















