Donald Tramp administrasiyasının humanitar yardım proqramlarını kəsməsi səbəbindən dünya üzrə ABŞ anbarlarında saxlanılan 60 min tondan çox ərzaq istifadəsiz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Məlumata görə, bəzi məhsulların yararlılıq müddəti bitdiyinə görə yüzlərlə qutu ərzaq yardımı yaxın vaxtlarda istifadəyə yararsız hala düşəcək.
Trampın yardım proqramlarını azaltmaq qərarından sonra yanvar ayında ehtiyacı olanlara ərzaq tədarükü dayandırılıb. Məsələn, ABŞ hökuməti tərəfindən ödənilmiş, lakin göndərilməmiş təxminən 185 min qutu ərzaq Rod-Aylenddəki anbarda qalıb. Təchizatların dəyəri təxminən 75 milyon dollardır.
Xatırladaq ki, yanvarın 21-də Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında sərəncam imzalayıb və bu qərarı digər ölkələrlə müqayisədə qeyri-mütənasib yüksək töhfələrlə əsaslandırıb. Fevralın 3-də Ağ Ev Amerikanın xarici siyasətini həyata keçirmək üçün istifadə edilən və digər ölkələrə təsir aləti olan Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv edib./report