Rusiya Müdafiə Nazirliyinin 30 avqustda yayımladığı brifinq materiallarında Ukrayna dənizə çıxışı olmayan dövlət kimi göstərilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ehtimal ki, xəritədə müasir inzibati sərhədlərdə Odessa və Nikolayev vilayətlərinin çıxarıldığı Ukrayna ərazisi qeyd edilib.
Həmçinin xəritədə Ukraynanın bütün cənubu Rusiya ərazisi kimi göstərilir, sərhəd Vinnitsa və Kirovoqrad vilayətləri boyunca çəkilib./axar.az