• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Çexiyanın keçmiş baş naziri hücuma məruz qaldı

DÜNYA

02 Sentyabr 2025 | 00:09 | Müəllif: Subhan Mahmudov

Çexiyanın keçmiş baş naziri hücuma məruz qaldı

Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif ANO siyasi hərəkatının seçki mitinqində hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Martin Vodiçku məlumat yayıb.

O bildirib ki, mitinqdə naməlum şəxs Babişin başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra siyasətçi xəstəxanaya gedib və orada ona tibbi yardım göstərilib.

Babiş rentgen müayinəsindən keçib, lakin onun vəziyyəti ilə bağlı başqa təfərrüatlar açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026