• Bakı 25° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Rusyada “Köhnə Bakı” restoranının sahibi həbs olundu

DÜNYA

01 Sentyabr 2025 | 22:38

Rusyada “Köhnə Bakı” restoranının sahibi həbs olundu

Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı oğurlamağa cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilir.

    İstintaq hesab edir ki, cinayəti törətmək üçün cinayəti törədən şəxslər, o cümlədən Şahlar Novruzov Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış nikah şəhadətnaməsini təqdim ediblər.

    Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslərin, sərvətləri mənimsəmək üçün məhkəməyə təqdim etdiyi sənəd saxta olub.


    SON XƏBƏRLƏR

    01 Sentyabr 2025