"Pekin Ukraynadakı münaqişə məsələsində obyektivdir və onun uzadılması heç bir tərəf üçün sərfəli deyil".
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.
"Biz davamlı olaraq atəşkəs tərəfdarıyıq. Ukrayna böhranının uzadılması heç bir tərəfin maraqlarına uyğun gəlmir", - Ninq brifinq zamanı vurğulayıb.
Xİn rəsmisi qeyd edib ki, Çin beynəlxalq ictimaiyyətə Ukrayna böhranı ilə bağlı ədalətli və qərəzsiz mövqe nümayiş etdirir.
Gülşən Şərif