• Bakı 19° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Aqil Abbas: Polislərin maaşları artırılsın

SİYASƏT

04 Iyul 2025 | 12:10 | Müəllif: Əli Hüseynov

Aqil Abbas: Polislərin maaşları artırılsın

“Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaş alan da onlardır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyası üzrə keçirilən iclasında deputat Aqil Abbas səsləndirib.

Deputat bildirib ki, hazırda parlamentdə müzakirə olunan “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi artıq çoxdan qəbul edilməli idi:

"Bizi qoruyan polisdir. Polis dövlətin dayağıdır. Arzu edirəm ki, polislərin maaşı artırılsın. Gecə-gündüz çalışan, təhlükəyə sinə gərən insanlardır. Biz rahat yata biliriksə, bu, polisin sayəsindədir. I və II Qarabağ savaşında da polislər qəhrəmanlıq göstəriblər, onların 62 Milli Qəhrəmanı var", – deyə Aqil Abbas bildirib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026