• Bakı 22° C

    14.47 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

“Əfqanıstan ECO ölkələri ilə əməkdaşlığın qurulmasında maraqlıdır

SİYASƏT

04 Iyul 2025 | 15:16

“Əfqanıstan ECO ölkələri ilə əməkdaşlığın qurulmasında maraqlıdır”

Əfqanıstan İqtisadi Əməkdaşlıq Təşkilatı(ECO) çərçivəsində regional əməkdaşlığın qurulmasında maraqlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar ECO-nun 17-ci Zirvə görüşündə bildirib.

“Əfqanıstanı və xalqımızı konfransda təsmil etməkdən məmnuman. Bizə yaradılmış şəraitə və qoynaqpərvəliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Bu Zirvə görüşü inkişafa yol açan tədbirdir”, - o qeyd edib.

Onun sözlərinə görə, Əfqanıstan dərin və uzunmüddətli tərəfdaşlıqda maraqlıdır: “Bu istiqamətdə dövlət olaraq bütün lazımi tədbirləri görməyə hazırdır. Əfqanıstan hazırda müstəqillik və sabitlik dövrünü yaşayır. O, misli görünməmiş irəliləyiş əldə edib. Bu gün ölkəmiz inkişaf üçün yeni imkanlara malikdir. Biz ECO çərçivəsində regional əməkdaşlığın qurulmasında maraqlıdır”.


SON XƏBƏRLƏR