• Bakı 22° C

    13.9 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Ukrayna hökumətinin tezliklə istefa verəcəyi proqnozlaşdırılır

DÜNYA

04 Iyul 2025 | 14:00

Ukrayna hökumətinin tezliklə istefa verəcəyi proqnozlaşdırılır

"Ukrayna hökumətinin istefası iyulun 15-17-də mümkündür".

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bunu Radanın deputatı Dmitri Razumkov deyib.

Rada deputatının sözlərinə görə, hökumətin istefası prosesi Ukrayna hakimiyyəti tərəfindən hər cür ləngidilir.

"Hesab edirəm ki, hökumətin istefasının iyulun ortalarında baş verməsi ehtimalı çox yüksəkdir".

Qeyd edək ki, bir müddət öncə Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirmişdi ki, iyulun 15-də Ukrayna Nazirlər Kabinetində dəyişikliklər olacaq. O, Nazirlər Kabinetinin hazırkı rəhbəri Denis Şmıqalın istefasından sonra bütün nazirlərin istefaya getməsi ilə bağlı fikir bildirib. Yeni hökumətə Yuliya Svırıdenko başçılıq edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR