• Bakı 22° C

    14.47 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

İsrail Kiyevə əlavə humanitar yardım göndərəcək

DÜNYA

04 Iyul 2025 | 15:30

İsrail Kiyevə əlavə humanitar yardım göndərəcək

İsrailin xarici işlər naziri Gideon Saarın adından onun idarəsi Ukraynaya əlavə yardım paketi təqdim edəcək. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

Məlumata görə, Ukraynanın Rusiya bombardmanları nəticəsində su infrastrukturunun zədələndiyi ərazilərdə yüz minlərlə insan su təchizatı sistemləri ilə təmin olunacaq.

Xarici işlər naziri Gideon Saar Ukraynanın İsraildəki səfiri Yevhen Korniyçuku məlumatlandırıb ki, o, öz nazirliyinə MASHAV (Xarici İşlər Nazirliyi yanında İsrail Milli Yardım Agentliyi) vasitəsilə Ukraynaya yardım paketi təqdim etməyi tapşırıb.

Yardım paketinin İsrail Xarici İşlər Nazirliyinin büdcəsindən maliyyələşdiriləcəyi də bildirilib. Bu yardım paketi 2022-ci ilin fevralında müharibə başlayandan bəri İsrailin Ukraynaya göstərdiyi humanitar yardımı tamamlayır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR