İsrailin İrana hücumu təhlükəsi hələ də qalmaqdadır, münaqişəni tamamilə bitmiş hesab etmək olmaz.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran ordusunun baş komandanı Əmir Hatəmi deyib.
Hətta 1% hücum ehtimalı 100% təhlükə kimi qəbul edilməlidir. Biz düşməni kiçik hesab etməməli və bütün təhlükələrin keçmişdə qaldığını düşünməməliyik”, - Hatəmi bildirib.
Onun sözlərinə görə, İranın raket və PUA-ları hazır vəziyyətdədir və yeni təhlükələr yaranarsa, istifadə olunacaq.