• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Umerov ruslarla görüşü barədə Zelenskiyə məruzə etdi

DÜNYA

03 Avqust 2025 | 14:41 | Müəllif: Subhan Mahmudov

Umerov ruslarla görüşü barədə Zelenskiyə məruzə etdi

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Rusiya nümayəndələri ilə danışıb. Bu barədə o, Prezident Vladimir Zelenskiyə məruzə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Umerovun sözlərinə görə, tərəflər yeni görüşü müzakirə ediblər.

Nəşrin məlumatına görə, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla birlikdə bu gün Rusiya tərəfi ilə İstanbulda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların icrası, eləcə də yeni görüşə hazırlıq məsələləri müzakirə edilib.

“Əsas məsələlər arasında əsir mübadiləsinin davam etdirilməsi var. 1200 nəfərin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub, siyahılar üzərində iş gedir. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rusiya nümayəndəsi ilə əlaqə barədə məlumat verib. Biz də mülki vətəndaşlarımızın geri qayıtması üzərində işləyirik və hər bir adla bağlı məlumatları dəqiqləşdiririk”, - Zelenski özünün Teleqram kanalında yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026