Rusiya müharibənin 1257-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 664 təyyarəsi, 283 helikopteri, 74 460 PUA-sı, 625 zenit-raket kompleksi, 24 432 tank və digər zirehli texnikası, 1 584 reaktiv yaylım atəş sistemi, 28 136 artilleriya və minaatanı, 39 069 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.