• Bakı 23° C

    13.49 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

FHN: Son iki həftədə qeyri-çimərlik ərazilərdə yeddi nəfər batıb

HADİSƏ

04 Iyul 2025 | 10:07

FHN: Son iki həftədə qeyri-çimərlik ərazilərdə yeddi nəfər batıb

Son iki həftə ərzində qeyri-çimərlik ərazilərdə yeddi nəfərin batıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.

"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə olunmamasına çağırır", - deyə məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR