• Bakı 27° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Astarada tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb

HADİSƏ

02 Avqust 2025 | 21:27

Astarada tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb

Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.

Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini, 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.

Ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub. R Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun dayısı Azad Rzayevin verdiyi açıqlamaya görə, R.Zamanov epilepsiya tutub və yıxılaraq baş nahiyəsindən xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır./Unikal


SON XƏBƏRLƏR

02 Avqust 2025