• Bakı 17° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Xalasının işgəncə verdiyi iddia edilən azyaşlı sığınacağa yerləşdiriləcək 

HADİSƏ

01 Sentyabr 2025 | 17:27

Xalasının işgəncə verdiyi iddia edilən azyaşlı sığınacağa yerləşdiriləcək 

Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon polis bölməsində hazırda təhqiqat araşdırması aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Qeyd edilib ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025