Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində karton məmulatlarının istehsalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zavodun ərazisində 1800 kv.m sahədə yığılmış karton tullantıları 450 kv.m sahədə yanıb.
Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub
18:15
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Sumqayıtda karton istehsalı müəssisəsində yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisənin başvermə səbəbləri araşdırılır.