• Bakı 27° C

    0.43 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

27 yaşlı Lənkəran sakini 7-ci mərtəbədən yıxılaraq ölüb

HADİSƏ

02 Avqust 2025 | 17:27

27 yaşlı Lənkəran sakini 7-ci mərtəbədən yıxılaraq ölüb

27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran şəhər sakini 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək üçün Serbiya Respublikasına gedib.

Bir neçə gün bundan əvvəl o, yüksək mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib və 4 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər və o, aldığı xəsarətlərdən ölüb.

Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Həsən idmanın ağır atletika növü ilə məşğul idi.


SON XƏBƏRLƏR