Sosial şəbəkə platformalarında Sabirabad şəhər sakininin 4 yaşlı qıza qarşı intim hərəkətlər etməsi ilə bağlı video yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi səssiz qalmayıb.
Belə ki, Komitənin mətbuat xidmətinini rəhbəri Teymur Mərdaoğlunun sosial şəbəkədə etdiyi paylaşımda sözügedən şəxsin saxlanıldığı bildirilib:
"Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Sosial şəbəkələr və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynov olduğu müəyyən edilərək dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür".