q
  • Bakı 20° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

"Qremmi" mükafatının təqdimat tarixi açıqlandı

ŞOU

13 May 2026 | 18:45

Qremmi mükafatının təqdimat tarixi açıqlandı

"Qremmi" mükafatının 69-cu təqdimat mərasimi 7 fevral 2027-ci ildə keçiriləcək.

Bakıvaxtı.az snob.ru-ya istinadən xəbər verir ki, bu barədə "Disney" və Səsyazmalar Akademiyası Nyu-Yorkda öz məhsullarının təqdimatı zamanı məlumat veriblər.

Mərasim 50 ildən artıq bir müddətdə ilk dəfə olaraq CBS-də deyil, ABC-də, eləcə də "Disney+" və "Hulu"da yayımlanacaq. Bunun şərəfinə ABC və "Disney" böyük təbliğat kampaniyası hazırlayırlar.

"Qremmi" mükafatı ilk növbədə dünyanı hərəkətə gətirən musiqinin şərəfləndirilməsidir və bu məqam məhz bunun üzərində qurulub", - deyə akademiyanın baş direktoru Harvi Meyson öz müraciətində bildirib.

Müsabiqədə iştirak üçün 2025-ci il avqustun 31-dən 2026-cı il avqustun 28-dək buraxılan musiqi əsərlərinin qatılmasına icazə veriləcək. Namizədlər noyabrın 16-da elan olunacaqlar, final səsverməsi isə 2026-cı il dekabrın 10-dan 2027-ci il yanvarın 7-dək davam edəcək.

2026-cı il "Qremmi" təqdimetmə mərasimi fevralın 1-də baş tutub. "Bad Bunny" "Ən yaxşı albom", Billi Ayliş (Wildflower) "Ən yaxşı mahnı", Kendrik Lamar və SZA (Lüter) isə "Ən yaxşı səsyazma" nominasiyalarında mükafat alıblar.


SON XƏBƏRLƏR