• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

İDMAN

13 May 2026 | 15:50 | Müəllif: Əli Hüseynov

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

Türkiyənin "Fənərbağça" klubu UEFA tərəfindən ciddi maliyyə sanksiyası ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış idman insayderi Yağız Sabuncuoğlu məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi dünyaca məşhur baş məşqçi Joze Mourinyonun məvacibi və Kerem Aktürkoğlu ilə əlaqədar qitə futbol qurumu ilə aparılan müzakirələrdən sonra büdcəyə daxil edilən vəsaitə görə xərcləmə limitini keçib.

Məlumata əsasən, Avropa futbolunun ali qurumu tərəfindən "sarı-lacivərdlər"ə təqribən 10 milyon avro miqdarında cərimə kəsiləcək.

Bildirilir ki, kluba qarşı tətbiq ediləcək bu maliyyə cəzası ilə bağlı qərar artıq tam qətiləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR