• Bakı 24° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Bəzi azərbaycanlılar Gürcüstandan qovuldu

SİYASƏT

13 May 2026 | 12:10

Bəzi azərbaycanlılar Gürcüstandan qovuldu

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 74 xarici vətəndaşı ölkədən deportasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Efiopiya, Pakistan, Keniya, İran, Belarus, Misir, Tacikistan, Rusiya, İraq, Zimbabve, Azərbaycan, Türkmənistan, Ermənistan, Sudan, Uqanda, Özbəkistan və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026