q
  • Bakı 22° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Sosial şəbəkələrdə təhlükəli brendlər yayılıb

CƏMİYYƏT

13 May 2026 | 17:22

Sosial şəbəkələrdə təhlükəli brendlər yayılıb

Son vaxtlar sosial şəbəkələrdə yayılan bəzi trendlər ciddi narahatlıq yaratmağa başlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə gənclər arasında sürətlə yayılan yeni çağırışlar həm psixoloji, həm də fiziki riskləri ilə diqqət çəkir. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi “əyləncə” adı altında paylaşılan videolar təhlükəli nəticələrə səbəb ola bilər.

Ekspertlərin fikrincə, bir çox istifadəçi trendə qoşulmaq üçün riskin fərqinə varmadan hərəkət edir. Qısa müddətdə məşhur olmaq istəyi isə insanları təhlükəli addımlara sürükləyir. Psixoloqlar bildirir ki, sosial şəbəkələrdə qəbul olunmaq hissi xüsusilə yeniyetmələrə ciddi təsir edir.

Bəzi ölkələrdə artıq bu cür paylaşımlarla bağlı valideynlərə və məktəblərə xüsusi xəbərdarlıqlar edilməyə başlanıb. Mütəxəssislər hesab edir ki, internetdə görülən hər trend təkrarlanmamalıdır və xüsusilə azyaşlılar bu məsələdə diqqətli olmalıdır.

Sosial media mütəxəssisləri isə bildirirlər ki, izlənmə sayı uğrunda təhlükəli addımlar atmaq getdikcə daha böyük problemə çevrilir.

Aynur Babazadə


SON XƏBƏRLƏR