q
  • Bakı 24° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında

    SİYASƏT

    13 May 2026 | 13:56

    Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında

    Azərbaycan Xarici İşlər Nazirliyinin müxtəlif idarələrindən gənc diplomatların NATO mənzil-qərargahı və NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığına (SHAPE) növbəti iki günlük səfəri başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, Belçikanın Krallığının Brüssel şəhərində yerləşən NATO mənzil-qərargahına səfər çərçivəsində gənc diplomatlar Alyansın cari gündəliyi, tərəfdaşlıqları, tərəfdaş dövlətlərlə praktiki əməkdaşlığı, ictimai kommunikasiyası, enerji təhlükəsizliyi və dayanıqlılıq istiqamətində siyasəti mövzuları üzrə NATO tərəfindən təşkil edilmiş seminarlarda iştirak edir.

    Gənc diplomatlar səfər çərçivəsində, həmçinin Belçika Krallığının Mons şəhərində yerləşən NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığında (SHAPE) Komandanlığın strukturu, Alyansın cari əməliyyatları, beynəlxalq sülh və təhlükəsizlik sahəsində rolu ilə bağlı seminarlarda iştirak ediblər.

    Səfər çərçivəsində, gənc diplomatların, həmçinin Azərbaycanın NATO yanında Nümayəndəliyinə ziyarəti nəzərdə tutulub.


    SON XƏBƏRLƏR

    12 May 2026