q
  • Bakı 25° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

WUF13-də konkret qərarlar qəbul ediləcək

WUF13

13 May 2026 | 14:40

WUF13-də konkret qərarlar qəbul ediləcək

"WUF13 platformasında şəhərlərimizin daha əlverişli və uyğun olması üçün konkret qərarlar qəbul ediləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbirdə çıxışında bildirib.

    “BMT olaraq biz də bu prosesə böyük dəstək verəcəyik və imkanların hər kəs üçün bərabər olması prinsipini daim dəstəkləyəcəyik”, - o vurğulayıb.

    İqor Qarafuliçin sözlərinə görə, şəhərlər inkişaf edir və artıq təkcə iqtisadi mərkəzlər kimi deyil, həm də sosial həyatın əsas hissəsi kimi formalaşır:

    “Bu baxımdan baryerlərlə bağlı məsələlər olduqca vacibdir. Xüsusilə imkanları məhdud şəxslər üçün cəmiyyətdə bərabər imkanların təmin olunması böyük əhəmiyyət daşıyır. BMT-nin konvensiyalarında da qeyd olunduğu kimi, bütün vətəndaşlar sosial, iqtisadi və mədəni həyatda fəal iştirak etməlidirlər. Bakıda bu istiqamətdə çox gözəl imkanlar mövcuddur və bütün bu imkanlar daha inklüziv hala gətirilməlidir. Gənclər, yaşlılar, miqrantlar — hər kəs bir araya gələrək mövcud baryerlərin aradan qaldırılması üçün çalışmalıdır”.


    SON XƏBƏRLƏR

    12 May 2026