• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Fransada işsizlərin sayı sürətlə artır 

DÜNYA

13 May 2026 | 15:40 | Müəllif: Əli Hüseynov

Fransada işsizlərin sayı sürətlə artır

2026-cı ilin ilk rübünün nəticələrinə əsasən, Fransada işsizlik göstəricisi 8.1 faizə yüksəlib. Bu, 2021-ci ildən bəri qeydə alınan ən yuxarı hədd hesab olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, "Reuters" bu barədə Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) rəsmi hesabatına əsaslanaraq xəbər yayıb.

Təşkilatın (INSEE) açıqladığı rəqəmlərdən aydın olur ki, ölkə üzrə işsizlərin sayı ötən rüblə müqayisədə 68 min artaraq 2.6 milyon nəfərə çatıb.

Fransa Bankının rəhbəri Fransua Villerua de Galhau mövcud statistikanı və ortaya çıxan göstəriciləri "məyusedici" adlandırıb.

"Təxminən 8 faizlik nəticə elə də ümidverici xəbər deyil", - deyə Galhau vurğulayıb. O, həmçinin xatırladıb ki, 2010-cu ildən bu yana ölkədə təqribən 4 milyon yeni iş yeri açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026