q
  • Bakı 24° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək

WUF13

13 May 2026 | 12:08

WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 41 ölkə pavilyonla iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı görülən işlərlə bağlı media nümayəndələrinə məlumat verərkən deyib.

Onun sözlərinə görə, WUF13 ilə bağlı "Urban Expo" zonası 3,5 hektar sahəni əhatə edir:

"Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşəcək. Azərbaycan pavilyonunun sahəsi 1500 kvadratmetrdir".

A.məmmədov həmçinin bildirib ki, tədbirə 14-ə yaxın ölkənin bələdiyyə nümayəndəsi qatılacaq.


SON XƏBƏRLƏR

12 May 2026